Home » Avrozonada inflyasiya yüksəlir

Avrozonada inflyasiya yüksəlir

by yunus
0 comments 0 views 1 minutes read

Avropa Statistika İdarəsi (Eurostat) Avro Bölgəsi və Avropa İttifaqı (Aİ) üzrə iyun ayı üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

BBN.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avro Bölgəsi və Avropa İttifaqı (Aİ) üzrə 2025-ci ilin iyun ayına dair yekun inflyasiya məlumatlarını açıqlayıb.

Açıqlanan göstəricilərə əsasən, Avro Bölgəsində may ayında 1,9% olan illik İstehlak Qiymətləri İndeksi (CPI) iyun ayında 2,0%-ə yüksəlib. Həmin dövrdə aylıq inflyasiya 0,3% səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, analitiklərin gözləntilərinə görə, iyun ayında Avrozonada illik inflyasiyanın 1,9%, aylıq inflyasiyanın isə 0,3% səviyyəsində olması proqnozlaşdırılırdı. Beləliklə, faktiki göstəricilər gözləntilərlə üst-üstə düşmüş və Avropa Mərkəzi Bankının 2%-lik ortamüddətli inflyasiya hədəfinə uyğunlaşmanı təsdiqləmişdir.

Hesabat dövründə Avro Bölgəsində baza inflyasiya göstəricisi illik əsasda 2,3%, aylıq əsasda isə 0,4% olaraq müəyyən edilib.

İyun ayında Avrozonada inflyasiyanın əsas komponentləri üzrə illik artım aşağıdakı kimi olub:

  • Xidmətlər sektoru – 1,51%

  • Qida, spirtli içkilər və tütün məhsulları – 0,59%

  • Qeyri-enerji sənaye məhsulları – 0,13%

  • Enerji məhsulları – 0,25%

Eyni dövrdə Avropa İttifaqı üzrə illik inflyasiya göstəricisi may ayında 2,2% olduğu halda, iyun ayında 2,3%-ə yüksəlmişdir. Aİ-də aylıq inflyasiya may ayında 0,3% olaraq qeydə alınıb.

İyun ayında illik inflyasiya Almaniyada 2 faiz, Fransada 0,9 faiz, İtaliyada 1,8 faiz, İspaniyada isə 2,3 faiz təşkil edib. Bu arada, Avropa Mərkəzi Bankı ortamüddətli perspektivdə 2 faiz inflyasiya hədəfləyir.

Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) ortamüddətli dövr üçün 2 faizlik illik inflyasiya hədəfini əsas götürərək monetar siyasətini formalaşdırır və qiymət sabitliyinin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.