Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avrozonanın dövlət borcu artıb - BBN

Avrozonanın dövlət borcu artıb

Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin ikinci rübündə 88,1 faizə yüksəlib.

BBN.az xəbər verir ki,Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin ikinci rübü üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada birinci rübdə 87,8 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 88,1 faizə yüksəlib.

Aİ-də birinci rübdə 81,3 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 81,5 faizə çatıb. Beləliklə, ümumi dövlət borcu Avrozonada 13 trilyon 95 milyard avroya, Aİ-də isə 14 trilyon 300 milyard avroya yüksəlib.

Aİ-yə üzv ölkələr arasında ilin ikinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 163,6 faiz  ilə Yunanıstan olub.

Related posts

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin I rübündə sığortaedənlərin sayı 2,2 milyon vahiddən çox olub

ROA və ROE əmsalına görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı