Home » Avstraliya bank sisteminə xəbərdarlıq: Geosiyasi gərginliklər kiberhücum riskini artırır

Avstraliya bank sisteminə xəbərdarlıq: Geosiyasi gərginliklər kiberhücum riskini artırır

by yunus
0 comments 1 views 1 minutes read

Avstraliyanın prudensial tənzimləyicisi (APRA) xəbərdarlıq edib ki, ölkənin bank sistemi artan geosiyasi gərginliklər səbəbindən kiberhücum risklərinin yüksəlməsi ilə üz-üzədir.

BBN.az xəbər verir ki, APRA-nın sədri Con Lonsdeyl bildirib ki, qurum qarşıdakı il ərzində ölkə bankları ilə daha sıx əməkdaşlıq edəcək və mümkün kiberhücumların qarşısını almaq üçün əlavə tədbirlər görəcək:

“Maliyyə institutlarının əməliyyat sistemləri texnoloji nasazlıqlara və zərərli kiberhücumlardan daha çox zərbə ala bilər. Geosiyasi gərginliklər fonunda risk mühiti daha da pisləşə bilər.”

İllik hesabatda kiberhücumların arxasında hansı ölkələrin ola biləcəyi açıqlanmasa da, süni intellektin sürətlə genişlənməsi də bank sektorunun qarşısında yeni risklərdən biri kimi göstərilib.

Məlumatlara görə, ötən il Milli Avstraliya Bankının hesabatında əhalinin üçdə ikisindən çoxunun kiberhücum və ya məlumat pozuntusundan təsirləndiyi qeyd olunub.

Qeyd edək ki, APRA 2024-cü ildə bank sisteminə qarşı potensial təhdidləri izləmək üçün ilk geosiyasi risk komandasını yaradıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.