Avstraliyada işsizlik dərəcəsi 3.5%-dən 3.7%-ə yüksəlib, bir sıra insanlar isə işsizlikdən əziyyət çəkir. Ekspertlər isə bildirirlər ki, yüksək inflyasiya fonunda Mərkəzi Bankın faiz dərəcələrini artırması işsizlik dərəcəsini artırmışdır ki, bu da gözlənilən idi.
BBN.az ABC News Avstralia TV-yə istinadən xəbər verir ki, tənzimləyici çalışır ki, iqtisadi aktivliyi yavaşlatmaqla inflyasiyanı aşağı salsın.
Qeyd edək ki, cari ilin ilk artımı isə fevralın 7-də gəlmişdi, həmin zaman Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələrini ardıcıl olaraq 9-cu dəfə artırmış və 3.35%-ə (artım 0.25%) çatdırmışdı və bu isə ən yüksək artım hesab edilirdi.