Son 10 ayda ilk dəfə Avstraliyada işsizlik səviyyəsi avqustda, iyuldakı 3.4%-dən 3.5%-ə yüksəlib.
BBN.az 9 News Australia TV kanalına istinadən xəbər verir ki, ölkənin Statistikalar Bürosunun yeni data-sı göstərib ki, 2022-ci ilin avqustunda təxminən 33.500 iş yeri iqtisadiyyata əlavə edilib (işsizlik səviyyəsi çox olarsa, Mərkəzi Bankların inflyasiya ilə mübarizə aparması asanlaşa bilər-red.). İşsizlik səviyyəsinin 0.1% artmasına səbəb isə bir çox insanların iş yeri axtarmasıdır.
İqtisadçılar isə bu fikirdədirlər ki, əmək bazarı ilə bağlı göstəricilər və ABŞ-dan inflyasiya ilə bağlı son nəticələr, Mərkəzi Bankın oktyabrda faiz dərəcələrini 50 baza bənd artırmasına səbəb olacaq. İnflyasiya ilə mübarizə aparmaq fonunda, faiz dərəcələri hazırki 1.85%-dən 2.85%-ə yüksəldiləcək.
Qeyd edək ki, əvvəl də xəbər verdiyimiz kimi Avstraliya Mərkəzi Bankının rəhbəri Philip Lowe 2021-ci ildə ölkənin 2022-ci illə bağlı inflyasiya proqnozunda səhv etdiyinə görə tənqid edilir. O, isə yanlış proqnozuna görə işdən çıxmaq ilə bağlı bir planının olmadığını deyir.