Home » Avstraliyanın Mərkəzi Bankı 4 ay içərisində ardıcıl 4-cü dəfə faiz dərəcələrini artırdı

Avstraliyanın Mərkəzi Bankı 4 ay içərisində ardıcıl 4-cü dəfə faiz dərəcələrini artırdı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avstraliyanın Mərkəzi Bankı 4 ay içərisində ardıcıl 4-cü dəfə faiz dərəcələrini artırıb.

BBN.az 7News Australia proqramına istinadən xəbər verir ki, rəsmi faiz dərəcələri son 6 ilin ən yüksək səviyyəsinə yüksəldilib, 0.5% artırılaraq 1.85%-ə çatdırılıb.  

Ölkənin Ehtiyat Bankının rəhbəri Philip Lowe deyib ki, faiz dərəcələrinin artırılması inflyasiyanın yüksəlməsi ilə bağlıdır: “İnflyasiya bu il içində özünün pik həddinə çatacaq, daha sonra isə 2-3% aralığına düşəcəyi gözlənilir”, – deyə o, əlavə edib.

Rəsmi, həmçinin, yaxın aylarda daha çox faiz artımına eyham edib, amma dəqiq olmadığını da bildirib. 

Yeni qərardan sonra 1.85% dərəcəsi ilə 500 000 dollar ipoteka borcu olan şəxs 148 dollar, 750 000 dollar üçün isə 223 dollar, 1 000 000  dollar üçün isə 297 dollar daha çox ödəyəcək. 

RateCity.com.au-un araşdırma direktoru Sally Tindallın sözlərinə görə, ardıcıl 4 ayda faiz dərəcələrini artırılması aylıq əlavə 500 dollar deməkdir. İpoteka krediti üçün əlavə 500 dolların tapılması, onsuz da ərzaq və benzinin qiymətlərinin yüksəlməsindən əziyyət çəkən əhali üçün çətin olacaq. O, bu vəziyyəti hər ay paltaryuyan maşın almaq məcburiyyətində qalan birinə bənzətdi: “Faiz dərəcələri artırılmağa davam etdikcə, borclular təşviş düyməsinə basa bilərlər”. 

Bildirək ki, Avstraliyada illik inflyasiya dərəcəsi, ölkənin Statistika Bürosunun ötən həftəki məlumatına, əsasən 6.1% təşkil edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.