Home » Avstraliyanın Mərkəzi Bankı qlobal trendi qırıb və faiz dərəcələrinin artımı sürətini yavaşladıb

Avstraliyanın Mərkəzi Bankı qlobal trendi qırıb və faiz dərəcələrinin artımı sürətini yavaşladıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün Avstraliyanın Mərkəzi Bankı qlobal trendi qırıb və faiz artımı cəmi 0.25% olub bu isə bazarın gözləntilərinin yarısıdır.

BBN.az ölkənin mətbuatına istinadən xəbər verir ki, bu onu göstərir ki, hökumət əyləci bərk sıxmaqdan və qlobal yavaşlama fonunda ölkəni iqtisadi tənəzzülə aparmaqdan ehtiyat edib.

Nəticədə 0.25%-lik artımdan sonra hazırda ölkədə faiz dərəcələri 2.35%-dən 2.60%-ə yüksəlib. Mərkəzi Bankın bu qərarı isə 2013-cü ildən bəri ən yüksəyi hesab edilir. Yeni artım istehlak kreditlərdən tutmuş, ipoteka kreditlərinə qədər təsir edəcək və müştərilər üçün borc almaq daha bahalı olacaq.

Mərkəzi Bankın rəsmi saytında yer alan məlumata, əsasən ölkədə inflyasiya 6.1%-dir, hökumətin planı isə bu rəqəmi 2-3%-ə çatdırmaqdır. Kiçik faiz artımı qərarına baxmayaraq, Bankdan qeyd ediblər ki, bu il ölkədə inflyasiya 7.75%-ə, 2023-cü ildə 4%-ə, 2024-də isə 3%-ə çatacaq.

Yuxarıdakı faiz artımı qərarından sonra Avstraliya dolları 0.6510 ABŞ dollarından 0.6451-ə düşüb. Sidney ASX 200 indeksi isə 3.8% artıb.

Bank 2022-ci ildə faiz dərəcələrini isə 6 dəfə artırıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.