Home » Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərarını açıqladı

Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərarını açıqladı

by bbnadm
0 comments 0 views 1 minutes read

Avstraliyanın Mərkəzi Bankı gözlənildiyi kimi faiz dərəcələrini daha 0.25% artırıb və hazırda bu rəqəm 3.1%-dir. 

BBN.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu isə 2012-ci ilin sonundan bu yana ən yüksək artım hesab edilir.

Nəşr yazır ki, bu Bankın 2022-ci ildə 8-ci və il üçün sonuncu faiz artımı qərarıdır. 

Mərkəzi Bankın sədri Philip Lowe isə açıqlamasında qeyd edib ki, inflyasiya çox yüksəkdir və oktyabrda illik inflyasiya isə 6.9% olub: “İnflyasiyanı hədəf səviyyəyə çatdırmaq isə tələb və təchizat arasında daha dayanıqlı balans tələb edir”, – deyə o, sözlərinə əlavə edib.

Əlavə edək ki, pul siyasəti 1994-cü ilin ikinci yarısından bu qədər sürətlə sərtləşdirilməmişdir, belə ki, o zaman Mərkəzi Bank 5 iclasında faiz dərəcələrini 275 baza bəndi artırmışdı.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.