Avstriya koronavirus pandemiyasını nəzarət altına aldığını və karantin tədbirlərini qismən yumşaldacağını açıqlayıb. ABŞ, Fransa kimi bir sıra ölkələrdə pandemiyanın pik həddə çatması müşahidə olunsa da, Avstriyada kiçik və orta sahibkarlara öz bizneslərini yenidən açmağa icazə verilib.
Belə ki, ümumi sahəsi 400 kvadrat metrdən kiçik olan biznes obyektləri artıq fəaliyyətə başlayıb. Bunlara supermarketlər ilə yanaşı, gül dükanları, tikinti materialları mağazaları, elektronika mağazaları və s daxildir. Bununla belə, biznes obyektlərində spirt, respirator maska kimi gigiyenik ləvazimatlardan istifadə zəruridir.
Daha böyük biznes obyektləri və ticarət mərkəzlərinin isə may ayının birindən etibarən fəaliyyətə başlaması proqnozlaşdırılır.