Home » “AWITA 2023” Azərbaycanda İT sahəsində ən uğurlu qız və qadınları elan etdi

“AWITA 2023” Azərbaycanda İT sahəsində ən uğurlu qız və qadınları elan etdi

by bbnadm
0 rəy 7 baxış 4 dəqiqə oxuma

12 may 2023-cü il tarixində Ritz-Carlton otelində texnologiya sahəsində qadınların dəstəkləməsinə həsr olunmuş və FEMMES DIGITALES İctimai Birliyi tərəfindən təşkil edilən 3-cü “AWITA-Mükafatı – Azərbaycan Qadınları İT-də” mərasimi keçirildi. Tədbir görkəmli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.

Tədbirin məqsədi ölkənin rəqəmsal iqtisadiyyatında gender bərabərliyini təşviq etmək, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdə qadınların rolunu tanımaq, təcrübə mübadiləsi və İT mütəxəssislərini bir araya gətirmək üçün platformanın yaradılması olmuşdur.

Mükafatlandırma mərasimini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) xanım Səbinə Əliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ferqus Obe, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Qadın Hüquqlarını Müdafiə Assosiasiyasının sədri Novella Cəfəroğlu açıblar.

AWITA 2023 mərasimində İT sənayesinin 400-dən çox aparıcı nümayəndəsi, ictimai və dövlət xadimləri, aparıcı universitetlərin rəhbərləri, tələbələr, məktəb direktorları, eləcə də müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tədbirin baş sponsorları B.EST Solutions şirkəti və PAŞA Bank, həmçinin sponsorlar: Prosol, Digital Umbrella, STEP IT Academy, Ultra Technologies, Fominov Consulting, BESTCOMP Group, A2Z Technologies, Meysarı Wines olmuşdur.

Qeyd edək ki, tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi – 4SİM, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, BloomGroup, Enterprise Azerbaijan tərəfdaşlığı, Azərbaycandakı Amerika Ticarət Palatası, və InfoCity-nin informasiya dəstəyilə həyata keçirilib.

Tədbirin əsas xüsusiyyətlərindən biri müsabiqədə iştirak edən qadınların sayının daim artmasıdır. Bu il respublikanın bütün regionlarından 200-dən çox iştirakçı nominasiya üçün müraciət etmişdir. Bu, Azərbaycanda qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində artan təsirinin bariz nümunəsidir. İctimai xadimlərdən, nəhəng İT şirkətlərinin rəhbərləri və deputatlardan ibarət 33 nəfərlik münsiflər heyəti müraciətləri diqqətlə diqqətlə təhlil etdikdən sonra 33 finalçı və 12 qalibi seçmişdir.

Mükafatlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində ən uğurlu qız və qadınlara təqdim edilmişdir.

Qala mərasimində aşağıdakı qaliblər elan edilib:

“İlin inklüzivliyi dəstəkləyən ən yaxşi şirkəti” nominasiyasının qalibi Digital Umbrella;

“İlin təsisçisi, icraçı direktoru və ya informasiyalaşdırma üzrə direktoru” nominasiyasının qalibi Xavər Babazadə;

“Rayon və ucqar bölgələrdə it sahəsinə verilən töhfə” nominasiyasının qalibi Mətanət Kərimova;

 “Dövlət sektorunda fəaliyyət göstərən rəqəmsal lider” nominasiyasının qalibi Aynur Qurbanlı;

 “Akademik mükafat” nominasiyasının qalibi Aidə Ələkbərova;

“Rəqəmsal transformasıya lideri” nominasiyasının qalibi Xəyalə Fətullayeva;

“Startap təsisçisi mükafatı” nominasiyasının qalibi Fidan Cavadova;

“İlin mentoru” nominasiyasının qalibi Aygül Musayeva;

“İlin hardware və software təminatı dizayneri” nominasiyasının qalibi Xəyalə Mustafayeva;

“Yüksələn ulduz mükafatı” nominasiyasının qalibi Zəhra İmanova;

“Münfislər heyətinin seçimi mükafatı” nominasiyasının qalibi Lalə Əzizli.

“Fəxri təltifnamə” nominasiyasında Dəniz Səttarlı informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə təltif edilmişdir. Qeyd edək ki, bu nominasiya münsiflər heyətinin xahişilə 11 nominasiyaya əlavə edilmişdir.

“AWITA 2023” tədbiri qadınlar arasında IT sahəsinin populyarlaşdırılmasına və təbliğinə, həmçinin Azərbaycanda texnologiyalar və innovasiyalar sahəsində qadınların nailiyyətlərinin nümayiş etdirilməsinə istiqamətlənmiş ən böyük tədbir hesab edilir.

FEMMES DIGITALES ictimai birliyinin təsisçilərindən biri olan xanım Jana Krimpenin sözlərinə görə: “AWITA mükafatının əsas vəzifəsi dünyaya Azərbaycanda texnologiya sahəsində istedadlı və layiqli qadınları təqdim etmək və bununla da digər qızları və qadınları öz nailiyyətlərini paylaşmağa həvəsləndirmək, hələ qərar verməyən və ya öz qabiliyyətlərinə arxayın olmayanlar üçün nümunə olmaqdır. Təəssüf ki, bütün dünya üzrə texnologiya sənayesində qadınların payı hələ də azdır, lakin bu, hər bir ölkənin rəqabət qabiliyyəti və iqtisadi rifahı üçün vacibdir. Azərbaycanda və regionlarda İT sənayesində çoxlu istedadlı qadınlar var ki, onlar haqqında heç nə bilmirik. Bu mükafat bir çox qızları İT sənayesində peşə seçməyə, eləcə də məşğuliyyət və peşəsindən asılı olmayaraq ümumilikdə texnologiya sahəsinə xüsusi diqqət yetirməyə sövq edir”.

“Texnologiyalar sahəsində qadınlara dəstək” İctimai Birliyi – “FEMMES DIGITALES” artıq 9 ildir ki, Azərbaycanda informasiya texnologiyaları sahəsində qadınlara dəstək, onların cəlb edilməsi və bu sahənin təbliği ilə məşğuldur. İctimai Birlik tərəfindən müxtəlif proqram və layihələr dövlət qurumları ilə birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilir və ölkənin müxtəlif bölgələrini əhatə edir. Belə ki, 5000-dən çox qız və qadını dəstəkləmək və onları cəlb etmək üçün 100-dən çox tədbir keçirilmişdir. İctimai Birlik təşəbbüslərimizdə və proqram tədbirlərimizdə fəal iştirak edən 200-dən çox iştirakçını toplamışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.