Home » AYİB “Azerenerji”yə 30 mln. dollar kredit ayıracaq

AYİB “Azerenerji”yə 30 mln. dollar kredit ayıracaq

by yunus
0 comment 2 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərenerji”yə 30 milyon ABŞ dolları həcmində kredit ayıracaq.

BBN.az bu barədə AYİB’in məlumatına istinadən xəbər verir.

Məlumata görə, sözügedən kredit Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınmasının maliyyələşdirilməsinə yönəlib. Bildirilib ki, layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Burada borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.

Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,624 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,6 %-i (3,024 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.