Home » Azərbaycan Akkreditasiya Mərkəzi sınaq laboratoriyaları üçün təlimlər keçirib

Azərbaycan Akkreditasiya Mərkəzi sınaq laboratoriyaları üçün təlimlər keçirib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyinin (TÜRKAK)  birgə təşəbbüsü ilə sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və  etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təlimlər təşkil olunub. Təlimlər zamanı, həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının tələbləri və AzAK-ın yenilənən idarəetmə sisteminin sənədlərinə dair izahlar təqdim edilib. 

22-24 yanvar tarixlərində interaktiv formatda təşkil olunan təlimlərdə 70-ə yaxın sınaq laboratoriyasının 150 əməkdaşı iştirak edib. Təlimlərdə laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub,  qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Təlimlərin təşkil olunmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, AzAK-ın İLAC-a tamhüquqlu üzvlüyü zamanı sözügedən laboratoriyaların nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin olunmasıdır.

Sonda təlimi uğurla başa vuran iştirakçılara AzAK tərəfindən sertifikatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.