Home » Azərbaycan Akkreditasiya Mərkəzində Ümumdünya Akkreditasiya Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Akkreditasiya Mərkəzində Ümumdünya Akkreditasiya Gününə həsr olunmuş tədbir keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Tədbir zamanı uyğunluğu qiymətləndirən qurumların və inspeksiya orqanlarının nümayəndələri ilə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzində (AzAK) 9 İyun – Ümumdünya Akkreditasiya Günü münasibətilə uyğunluğu qiymətləndirən qurumların və inspeksiya orqanları nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.

Tədbirdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, uyğunluğu qiymətləndirən qurumların və inspeksiya orqanlarının fəaliyyətindəki prioritet vəzifələr müzakirə olunub. Həmçinin ölkədə sahə üzrə görülən işlərin müasir tələblərə uyğunlaşdırılmasının və xarici bazara çıxışın təmin edilməsi üçün beynəlxalq təşkilatlara üzvlüyün önəmi vurğulanıb.

Görüşdə AİBNDX-nin, Azərbaycan Metrologiya və Standartlaşdırma İnstitutlarının və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri də iştirak edib.

Sonda beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində AzAK tərəfindən birgə təlimlərin təşkili, uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.