Home » Azərbaycan alimləri Türkiyədə Beynəlxalq Enerji Konqresində çıxış ediblər

Azərbaycan alimləri Türkiyədə Beynəlxalq Enerji Konqresində çıxış ediblər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavinləri Ramil Hüseyn və Rəşad Hüseynov Türkiyənin Nişantaşı Universitetinin təşkilatçılığı ilə keçirilən “I Beynəlxalq Enerji Konqresi”nə qatılıblar.

İİTKM-in təmsilçiləri onlayn konfransın “Dünya iqtisadiyyatlarında enerjinin gələcəyi üçün hazırki inkişaflar” mözusunda panel müzakirəsində “Xəzər dənizinin Azərbaycan sektorunun yaşıl enerji resursları: potensial və gözlənilən faydalar” mövzusunda çıxışlar ediblər.

Onlar son illərdə Azərbaycanda  yaşıl enerjinin istehsalını artırmaq və ixracını həyata keçirmək istiqamətində görülən işlərdən, ölkəmizlə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsindən danışıblar. Yaşıl enerjiyə keçidin Azərbaycan və region ölkələri üçün siyasi, iqtisadi, sosial və ekoloji faydalarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.