Home » Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub

by Zeyneb
0 comments 2 views 1 minutes read

18 sentyabr 2025-ci il, Bakı – Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, üzv bankların informasiya təhlükəsizliyi üzrə rəhbər şəxsləri və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) nümayəndələrinin iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Görüşdə kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, AKM-in fəaliyyəti və infrastruktur imkanları, eləcə də əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbir zamanı ABA üzvləri üçün bir sıra istiqamətlər üzrə əməkdaşlıq imkanları təqdim edilib:

  •  informasiya təhlükəsizliyi üzrə regulyativ tələblərin icrası;
  •  beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
  • silsilə təlimlərin təşkili və bank əməkdaşlarının biliklərinin artırılması.

Əlavə olaraq, bank əməkdaşlarının purple team təlimlərinə cəlb olunması imkanları da müzakirə edilib.

Görüş iştirakçıları bank sektorunda kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə gələcəkdə davamlı əməkdaşlığın və bilik mübadiləsinin vacibliyini vurğulayıblar.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.