16
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Azərbaycan banklarında xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub”.
BBN.az bu haqda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən açıqlanan “Dayanıqlı maliyyə üzrə sorğu nəticələri” hesabatına istinadən xəbər verir.
Bildirilib ki, bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil edib: “Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür”, – deyə hesabatda qeyd edilib.