18 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının ümumi dəyəri 20 000 000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
1 iyun 2022-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | Q/k-ın Ticarətə buraxılma tarixi | İstiqrazların sayı | İllik gəlirlilik faizi | Nominal dəyəri | Ödəmə periodu | Tədavül müddəti |
AZ2001004582 | Faizli, təmin edilməmiş istiqrazlar | 01.06.2022 | 20,000 (ədəd) | 6 % | 1,000 AZN | Hər 3 (üç) təqvim ayından bir | 24 ay |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.