Home » “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib SƏRƏNCAM

“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib SƏRƏNCAM

by anar
0 comments 1 views 1 minutes read

Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, Mərkəzi Bankın sədrinin müavini və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Müşahidə Şurasının üzvləri təyin olunublar.

Qeyd edək ki, Fond Azərbaycanda iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Fond İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan qanunlarını, Prezidentin fərmanlarını, sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, müvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycanda sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, Azərbaycan Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq, təkliflərin hazırlanmasında iştirak etmək Fondun fəaliyyət istiqamətlərindəndir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.