2

“Report”un məlumatına görə, Azərbaycan Fintex Assosiasiyası (“AzFina”) və Türkiyə Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, “AzFina” Beynəlxalq Konsaltinq Şirkəti ilə də Anlaşma Memorandumu bağlayıb.
Sənədlər fintex sektorunda əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Bu təşəbbüs həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.




