Home » Azərbaycan Kredit Bürosunun yeni xidməti – vizual analitika portalı istifadəyə verilmişdir

Azərbaycan Kredit Bürosunun yeni xidməti – vizual analitika portalı istifadəyə verilmişdir

by Aytac
0 comment 0 views 1 minutes read

Azərbaycan Kredit Bürosunun (Büro) yeni xidməti – vizual analitika portalı istifadəyə verilmişdir. Beynəlxalq təcrübədə geniş istifadə olunan bençmarkinq formatında hazırlanmış “FinVision” vizual analitika portalı (Portal) maliyyə-bank sisteminin fəaliyyətinin səmərəli təşkilində əhəmiyyətli rola malikdir.

İlkin olaraq, Portal vasitəsilə beynəlxalq praktikada ən çox istifadə edilən 16 bençmark hesabatı təqdim edilmişdir. Tətbiq edilmiş hər bir hesabat tərəfdaşlara öz portfel məlumatlarını müxtəlif sektor və seqment qrupları üzrə bazar iştirakçıları ilə müqayisəli təhlil apararaq bazar paylarının mövcud vəziyyəti barədə ətraflı məlumat əldə etməyə imkan verir. Maliyyə institutları müvafiq hesabatlardan qısa, orta və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması, risk strategiyalarının hazırlanması və qiymətləndirilməsi, həmçinin bazara yeni məhsul və xidmətlərin çıxarılması zamanı hərtərəfli təhlilin aparılması məqsədilə istifadə edə bilərlər.

Büro tərəfindən müvafiq xidmətlə bağlı kredit təşkilatlarına və nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə müvafiq təqdimat və təlimlər keçirilmiş, Portalın funksionallıqları və üstünlükləri ilə bağlı ətraflı məlumat verilmişdir. Əlavə olaraq, Portalda olan hesabatların əhatə dairəsinin genişləndirilməsi istiqamətində Büro tərəfindən aparılan işlər barədə ətraflı məlumat təqdim edilmişdir.

Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büro ilə əməkdaşlıq edən təşkilatların sayı 260-dan artıqdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.