Home » Azərbaycan məhsulları Çində keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib

Azərbaycan məhsulları Çində keçirilən beynəlxalq sərgidə nümayiş etdirilib

by bbnadm
0 comments 0 views 1 minutes read

8-10 avqust tarixlərində Çinin Çindao şəhərində 4-cü Çin Yüksək Keyfiyyətli Şərab və Spirtli İçkilər Sərgisi keçirilib. Sərgidə 200-dən çox yerli və xarici şirkətin 6000-dək çeşiddə məhsulları nümayiş etdirilib.

Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanda istehsal olunan üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub və satışı həyata keçirilib.

Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Çinin müxtəlif regionlarında satışı barədə 30-dan çox ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu, 2020-ci ildə Azərbaycan məhsullarının Çində nümayiş olunduğu ilk beynəlxalq sərgidir. Belə ki, bu ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.