Home » Azərbaycan Mərkəzi Bankı ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının (Қазақстан Ұлттық Банкі Национальный Банк Казахстана) nümayəndə heyətini qəbul edib

Azərbaycan Mərkəzi Bankı ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının (Қазақстан Ұлттық Банкі Национальный Банк Казахстана) nümayəndə heyətini qəbul edib

by yunus
0 comments 2 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı ikitərəfli əməkdaşlıq çərçivəsində Qazaxıstan Milli Bankının (Қазақстан Ұлттық Банкі Национальный Банк Казахстана) nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankda keçirilən interaktiv görüşlərdə əsas diqqət maliyyə sektorunda və xüsusilə mərkəzi (milli) banklarda müasir təcrübələrin, o cümlədən tənzimləyici yeniliklərin mübadiləsinə yönəldilib.

Görüşlərdə konsolidasiya olunan maliyyə hesabatlığı üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanları və inkişafı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən maliyyə alətlərinin, digər aktiv və öhdəliklərin tanınması və qiymətləndirilməsi, eləcə də yeni maliyyə hesabatlığı standartlarının tətbiqi prosesləri müzakirə olunub.

Tərəflər həmçinin maliyyə hesabatlılığında şəffaflığın artırılması üzrə mühüm mövzular və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.