Home » Azərbaycan Mərkəzi Bankı vətəndaşları “ASAN xidmət” mərkəzində qəbul edəcək

Azərbaycan Mərkəzi Bankı vətəndaşları “ASAN xidmət” mərkəzində qəbul edəcək

by yunus
0 comments 0 views 0 minutes read

Fevralın 17-dən Azərbaycan Mərkəzi Bankı (AMB) göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə vətəndaşları 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində qəbul edəcək.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Qurumda hesab edirlər ki, bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək. Əvəzində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binada vətəndaş qəbulu dayandırılacaq.

Paralel olaraq AMB-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B ünvanında və Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32 ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.