Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları, yaxud 2,5 % artaraq 76,25 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,51 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır