Home » Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib – Foto

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib – Foto

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevlə görüşüb.

T.Kazımov üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer almaları münasibətilə qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qaliblərin Mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyəndən sonra qeyd edib ki, bu proqram qaliblərin mövcud potensiallarının `inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir.

O, fərdi inkişaf planları əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq ediləcəyini, Mentorluq proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün dəstəyini əsirgəməyəcəyini söyləyib. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində Taleh Kazımova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.