“Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub”.
BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Tahir Mirkişili özünün LinkedIn platforması üzərindən yazıb.
“Əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamentin fəaliyyətində ictimai iştirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilir.
Layihə ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar”, – deyə o, əlavə edib.
https://www.meclis.gov.az/news-layihe.php?id=2168&lang=az&par=0