
3 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2281024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Mərkəzi Bankı |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2281024706 |
| Notun müddəti | 168 gün |
| Notun növü | Diskontlu |
| Emissiya həcmi | 30,000,000 manat |
| Notun miqdarı | 300 |
| Nominal | 100,000 manat |
| Minimal qiymət | 96401.0283 manat (8.00%) |
| Maksimal qiymət | 96727.3900 manat (7.25%) |
| Kəsmə qiyməti | 96662.00 manat (7.40%) |
| Ortaçəkili qiyməti | 96699.5425 manat (7.31%) |
| Reallaşdırılmış həcmi | 30,000,000 manat |
| Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 39,600,000 manat |
| İnvestor sayı | 10 |
| Sifariş sayı | 10 |
| Notun ödəniş tarixi | 18.12.2024 |





