Home » Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

11 yanvar və 12 yanvar 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)         ISIN  Hərrac tarixiHərraca çıxarılan məbləğ (manat)   Nomi nal  MiqdarNotun ödəniş tarixi
28AZ205702470811.01.202345,000,00010.0004.50008.02.2023
84AZ205802470711.01.202345,000,00010.0004.50005.04.2023
168AZ2059024706  12.01.202315,000,00010.0001.50029.06.2023
252AZ206002470312.01.202315,000,00010.0001.50021.09.2023

Hərracda bir bank tərəfindən 2 rəqabətli sifariş təqdim edilə bilər. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.