![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 97.6086 (3.5%) və 97.9501 (2.99%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 89,758,500manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.9096 (3.05%) və orta ölçülmüş qiyməti isə 97.9257 (3.03%) olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Notların ödəmə tarixi 03.02.2023-cü ildir.