Home » Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sığortaçılar üçün yeni mühasibat uçotu qaydalarını təsdiqləyib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sığortaçılar üçün yeni mühasibat uçotu qaydalarını təsdiqləyib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Maliyyə Nazirliyinin Kollegiyası “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən sığortaçılarda və təkrarsığortaçılarda mühasibat uçotunun aparılması Qaydaları”nı təsdiqləyib.

Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarət olacaq:

  • Maliyyə vəziyyəti haqqında hesabat;

  • Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;

  • Kapitalda dəyişikliklər haqqında hesabat;

  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

  • Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

Bundan başqa, aktiv və öhdəliklərin qiymətləndirilməsi ilə bağlı diskont dərəcələri maliyyə bazarında müşahidə edilə bilən məlumatlara əsaslanaraq müəyyən ediləcək.

Həmçinin maliyyə məlumatının faydalı olması üçün təqdim edilən məlumat münasib və düzgün şəkildə əks etdirilməlidir. Münasiblik və düzgün təqdimat maliyyə məlumatlarının əsas keyfiyyət xüsusiyyətləri kimi müəyyən olunub.

Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi-nə təqdim edilməsi tapşırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.