0
Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqton şəhərində #ABŞ-nin Valyuta Nəzarəti İdarəsinin Əməliyyat risk siyasəti üzrə nəzarətçi müavini Kevin Qrinfild ilə görüşüb.
Banklarda risk əsaslı nəzarət modelinin tətbiqi, innovativ xidmətlərin tənzimlənməsi, eləcə də nəzarət və tənzimləmə sahəsində müasir texnologiyaların əhəmiyyəti bu görüşün əsas müzakirə mövzularından olub.