0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşərək onunla əməkdaşlıq əlaqələrini müzakirə edib.
BBN.az xəbər verir ki, bunu nazir özünün Twiter hesabında bildirib.
“K.Limitovski ilə görüşdə ölkəmizdə nəqliyyat, o cümlədən aviasiya, dəniz nəqliyyatı və dəmir yolu üzrə həyata keçirilən layihələrin icrasında potensial əməkdaşlığı müzakirə etdik”, – deyə o qeyd edib.