
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Cənubi Koreyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Maliyyə Nəzarət Xidmətinin sədri Li Çanjin ilə görüş keçirib.
Bu barədə AMB sədrinin “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilir.
Görüş zamanı hər iki ölkənin maliyyə sektorunun mövcud vəziyyəti, həyata keçirilən islahatlar və inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər həmçinin bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllər və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Taleh Kazımov bildirib ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə imkanlar da görüşün əsas müzakirə mövzularından biri olub.






