Home » Azərbaycan və Çin KOB-ları arasında ticarət və investisiya əməkdaşlığı təşviq ediləcək

Azərbaycan və Çin KOB-ları arasında ticarət və investisiya əməkdaşlığı təşviq ediləcək

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Zonası (SCODA) arasında Anlaşma Memorandumu İmzalanıb.

Şanxayda davam edən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutan mərasimdə sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA-nın inzibati komitəsinin direktor müavini Fu Conhua imzalayıb. Azərbaycanın 6-cı Çin Beynəlxalq İdxal Sərgisindəki ölkə stendində baş tutan mərasimdə sərgidə iştirak üçün Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edib.

Sənədə əsasən KOBİA ilə SCODA xüsusilə Azərbaycanın və Çinin kiçik və orta biznes subyektləri (KOB-lar) arasında ticarət və investisiya əməkdaşlığını təşviq edəcəklər. Bu xüsusda tərəflər bir-birinə ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq və nəşrlərlə bağlı məlumatları mübadilə etməklə mütəmadi olaraq sıx əlaqələr quracaq, öz ölkələrinin müəssisələrini, xüsusilə KOB-ları qarşı tərəfin dövlətində fəaliyyət göstərən tərəfdaşlarla müxtəlif əməkdaşlıq formalarını qurmaq üçün dəstək göstərəcəklər.

Bundan başqa, tərəflər KOB-lar üçün xidmətlərin göstərilməsi sahəsində fəaliyyətin təşkili və tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsi, biznes yarmarkaları, sərgiləri haqqında məlumat mübadiləsi, birgə seminarlar, təşviqat xarakterli tədbirlərin təşkili ilə qarşılıqlı mübadilə və əməkdaşlıq həyata keçirəcəklər.

AZƏRTAC

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.