
Azərbaycan 2029-cu ildə keçiriləcək Dünya Bankı Qrupu (WB) və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarına ev sahibliyi etmək üçün seçim prosesinin növbəti mərhələsinə keçib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin bununla bağlı təklif sənədi ötən ilin iyul ayında WB və IMF-in Katibliklərinə təqdim olunub. İlkin mərhələdə 11 namizəd ölkədən 4-ü – Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Qətər – müəyyən edilmiş tələblərə cavab verdiyi üçün növbəti mərhələyə keçib.





