Home » Azərbaycanda əmlak sığortası yığımları 3,2% artıb

Azərbaycanda əmlak sığortası yığımları 3,2% artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ildə Azərbaycanda əmlak sığortası üzrə 240,878 milyon manat sığorta haqqı toplanılıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,2% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 46,474 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 22,5% artım deməkdir.

12 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 19,3 manatı ödəniş edilib. Bir il əvvəl bu göstərici 16,2 manat olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü illə müqayisədə 11,2% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat olub ki, bu da illik müqayisədə 22,3% artım deməkdir.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. 2024-cü ildə bu göstərici 55,6 manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.