![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bu ilin yanvar-sentyabr aylarında (son 9 ayda-red.) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə “AzstateNet” dövlət şəbəkəsində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.
BBN.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə 9 ayda 56,5 min virus tərkibli sənəd xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanıb, onların dövlət qurumlarına göndərilməsinin qarşısının alınıb.