Home » Azərbaycanda elektrik enerjisi və təbii qaz tariflərinə sabit ödəniş tətbiq ediləcək

Azərbaycanda elektrik enerjisi və təbii qaz tariflərinə sabit ödəniş tətbiq ediləcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Tarif (Qiymət) Şurası 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni tarifləri təsdiqləyib.

Qanunvericiliyə əsasən, elektrik enerjisi və təbii qaz istehlakçılarından istifadə səviyyəsindən asılı olmayaraq, aylıq sabit ödəniş alınacaq. Bu, infrastrukturun saxlanması və xidmətlərin göstərilməsi xərclərinin balanslı bölüşdürülməsi məqsədini daşıyır və beynəlxalq təcrübədə geniş tətbiq olunur.

Yeni tarifə əsasən, elektrik enerjisi üzrə aylıq sabit ödəniş:

  • Əhali və 1 fazlı təchizat sxemi ilə enerji istifadə edən qeyri-əhali üçün 1 manat,

  • 3 fazlı təchizat sxemi ilə enerji istifadə edən qeyri-əhali üçün 3 manat müəyyən edilib.

Təbii qaz üzrə aylıq sabit ödəniş isə:

  • Əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali üçün 1 manat,

  • Sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali üçün 3 manatdır.

Bu dəyişikliklər 1 yanvar 2026-cı ildən tətbiq olunacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.