Home » Azərbaycanda icbari və könüllü tibbi sığortanı birləşdirən model hazırlanır

Azərbaycanda icbari və könüllü tibbi sığortanı birləşdirən model hazırlanır

by Zeyneb
0 comments 4 views 0 minutes read

Azərbaycanda icbari və könüllü tibbi sığortanı inteqrasiya edən model üzərində iş aparılır.

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov AmCham tərəfindən Bakıda təşkil edilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda keçirilən tədbirdə verib.

R.Tahirov bildirib ki, bir sıra ölkələrdə mövcud olan bu modelin tətbiqi üzərində hazırda iş gedir. Məqsəd icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq və tibbi sığortaya əlçatanlığı artırmaqdır.

Eyni zamanda, tibbi sığorta haqqının daha münasib olması istiqamətində layihələr hazırlanır və bu sahədə müsbət nəticələrin əldə olunacağı gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.