0

2025-ci ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların ümumi həcmi 9 milyard 483 milyon manat təşkil edib.
Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 % və ya 699 milyon manat artıb.
Məlumata görə, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard 473 milyon manatı elektron ticarət vasitəsilə həyata keçirilib. POS-terminallar üzərindən aparılan əməliyyatların həcmi 2 milyard 176 milyon manat, bankomatlar vasitəsilə 1 milyard 473 milyon manat, xaricdə aparılan əməliyyatlar isə 358 milyon manat təşkil edib.
Xatırladaq ki, 2026-cı il yanvarın 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 77 minə çatıb.




