Home » Azərbaycanda maliyyə inklüzivliyinin dərinləşdirilməsi üzrə dövlət proqramı hazırlanır

Azərbaycanda maliyyə inklüzivliyinin dərinləşdirilməsi üzrə dövlət proqramı hazırlanır

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda maliyyə inklüzivliyinin artırılması məqsədilə dövlət proqramının yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov məlumat verib.

O bildirib ki, AMB tərəfindən hazırlanan proqramda 5 əsas istiqamət müəyyən edilib:

  1. Maliyyə məhsullarının çatdırılma kanallarının genişləndirilməsi — həm rəqəmsal, həm fiziki kanalların inkişafı, o cümlədən “bancassurance” modelinin tətbiqi prioritetdir.

  2. Maliyyə məhsul və xidmətləri bazarının genişləndirilməsi — fərdi şəxslər və kiçik, orta biznes üçün yeni məhsulların hazırlanması və bazara çıxarılması.

  3. Maliyyə inklüzivliyini dəstəkləyən infrastrukturun formalaşdırılması — məlumat mübadiləsi, data paylaşımı və risklərin qiymətləndirilməsi üçün tələb olunan resursların təminatı.

  4. Uyğun tənzimləmələr və siyasət çərçivələrinin hazırlanması.

  5. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsi.

Rüstəm Tahirov qeyd edib ki, proqramın icrasında bank-sığorta əməkdaşlığı modeli əsas strateji alət kimi müəyyən edilib, bu da həm fərdi, həm biznes müştərilərin maliyyə inklüzivliyini artıracaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.