
Bu ilin yanvar–noyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 milyon 15,5 min nəfər təşkil edib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Rəqəmlər 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 747,3 min nəfər və ya 1,8% azalma olduğunu göstərir.
Hazırda Bakı metropoliteni 3 xətt, 27 stansiya və 40,7 km uzunluğunda fəaliyyət göstərən xətt şəbəkəsindən ibarətdir.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, 2030-cu ilin sonunadək metro şəbəkəsinin 5 xətt, 76 stansiya, 6 elektrik deposu və ümumilikdə 119,1 km uzunluğa çatdırılması planlaşdırılır.







