Home » Azərbaycanda mobil cihazların bazar payı azalır, kompüterlərin payı artır

Azərbaycanda mobil cihazların bazar payı azalır, kompüterlərin payı artır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Ötən ilin dekabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 37,66 % təşkil edib.

BBN.az xəbər verir ki, “Report”un Statcounter agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici noyabr ayı ilə müqayisədə 4,31 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 33,76 faiz bəndi azdır. Beləliklə, mobil cihazların bazar payı ardıcıl 6-cı aydır azalır və ümumi azalma 53 % təşkil edib.

Hesabata əsasən, kompüterlərin bazar payı aylıq müqayisədə 4,39 faiz bəndi, illik müqayisədə isə 36,56 faiz bəndi artaraq 62,02 % səviyyəsinə yüksəlib.

Dekabr ayında planşetlərin bazar payı 0,32 % olub. Bu göstərici əvvəlki aya nisbətən 0,08 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,8 faiz bəndi azalıb.

Məlumatlar göstərir ki, son dövrdə Azərbaycanda elektron cihaz bazarında istifadəçi üstünlüyü getdikcə kompüterlərə doğru dəyişir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.