Home » Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib

Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib

by Zeyneb
0 comments 0 views 1 minutes read

İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeniliyə əsasən, kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi, vərəsəlik qaydasında digər şəxsə keçməsi, payın yüklü edilməsi, həmçinin təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan hüquqi şəxsin təsisçisi vəfat etdikdə mirasın qorunması çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma ötürüləcək.

Bununla yanaşı, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyatı qaydalarına da düzəliş edilib. Belə ki, qeyd olunan məlumatlar müvafiq qurum tərəfindən birbaşa EHİS vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq.

Sənədə əsasən, kommersiya hüquqi şəxsləri, eləcə də xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili başa çatdıqdan sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik olub-olmaması barədə hesabatı kağız və ya elektron formada təqdim etməlidirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.