Home » Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye istehsalı artıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5% çox sənaye məhsulu istehsal edilib.

BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7% artıb.

Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2%-i emal sektorunda, 7,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Məlumata görə, hesabat dövründə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.