Home » Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması müzakirə edilib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə maliyyə xidmətləri, bank əməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanın gündəliyində olan məsələlər müzakirə olunub, həmçinin sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinin effektivliyinin artırılması istiqamətində AMB-nin həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.