
Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması üçün hazırlıq işlərinə start verilib.
Yaşıl istiqrazların emissiyası üçün xüsusi çərçivə sənədi artıq tərtib olunub və yaxın zamanda təsdiqlənməsi gözlənilir.
Məlumata əsasən, yaşıl istiqrazlar vasitəsilə cəlb ediləcək vəsait yaşıl enerji və dekarbonizasiya istiqamətlərinə yönəldiləcək. Prioritet olaraq ekologiyaya mənfi təsir göstərən sahələrin modernləşdirilməsi nəzərdə tutulur.
Maliyyələşdiriləcək istiqamətlərə nəqliyyat sisteminin yenilənməsi, kənd təsərrüfatı, suvarma infrastrukturunun yaxşılaşdırılması və digər ekoloji layihələr daxildir. Çərçivə sənədinin əhatə dairəsi kifayət qədər genişdir.
Yaşıl dövlət istiqrazlarının 2026-cı ildə buraxılması planlaşdırılır.





