
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 107.755 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.





