Home » Azərbaycanda yenilənmiş əməkhaqqı kalkulyatoru istifadəyə verilib

Azərbaycanda yenilənmiş əməkhaqqı kalkulyatoru istifadəyə verilib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycanda vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik tətbiq olunub.

Əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib.

Məlumata görə, yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, eləcə də qüvvədə olan qanunvericiliyə uyğun vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir.

Qeyd olunub ki, bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların daha operativ və düzgün aparılmasına imkan yaradır, eyni zamanda vaxt itkisinin minimuma endirilməsinə xidmət edir.

Bildirilib ki, təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.