7

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 89,3 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 9,4% çoxdur.
Eyni zamanda Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 682,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.





